12 yaşlı qızla oğlan hoteldə dəhşət yaşatdı - Şəhərin mərkəzi küçəsində qorxu dolu anlar - FOTO

30 Dekabr 2023 10:35

Nyu-Yorkun mərkəzi küçəsi olan "Times" meydanında dəhşət yaşanıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, 11-12 yaşlı iki uşaq qaldıqları hotelin eyvanından spirtli içki şüşələrini çölə tullayıblar.

32-ci mərtəbədən atılan şüşələr bir qadının xəsarət almasına səbəb olub. Şüşələrin qırılması səsi küçədə təşviş yaradıb. Olayın səbəbi araşdırılanadək meydana giriş məhdudlaşdırılıb.

12 yaşlı oğlan polis tərəfindən saxlanılıb. 11 yaşlı qız isə sərbəst buraxılıb.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

İsmayıl
Milli.Az