9-da oxuyan qız sinif yoldaşını bıçaqladı - FOTO

30 Dekabr 2023 10:05

Türkiyədə məktəbdə dəhşətli hadisə baş verib.

Milli.Az haberler-ə istinadla bildirir ki, İstanbulda 9-cu sinifdə oxuyan qız məktəb yoldaşını bıçaqlayıb.

Sude Naz S. adlı məktəbli ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb. Onu bıçaqlayan şəxs isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az