Sosial şəbəkələr azyaşlı istifadəçilərdən 11 milyard dollar qazanıb

1 Yanvar 2024 02:03

Bu barədə Harvard Universitetinin apardığı araşdırmadan məlum olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sosial media proqramları bu vəsaiti 2022-ci ildə uşaqları və yeniyetmələri hədəfləyən reklamlardan əldə ediblər.

Ekspertlər platformalarından istifadə edərək uşaqlardan pul qazanan şirkətlərin özlərini tam şəkildə tənzimləyə bilmədiklərini vurğulayıblar. Bu səbəbdən onlar sosial medianın dövlət tərəfindən tənzimlənməsinə ehtiyac olduğunu qeyd ediblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun