Rusiya artıq NATO ölkələrini təhdid edir

30 Dekabr 2023 10:02

Rusiya-Ukrayna münaqişəsi Ukraynanın hüdudlarından kənara çıxır və NATO üçün təhlükə yaranır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

"Bu, NATO-ya, Avropanın təhlükəsizliyinə və gələcək transatlantik münasibətlərə təsir edir. Rusiya bəzi NATO müttəfiqlərini təhdid edir", - deyə Ağ Ev rəhbəri bildirib.

Dövlət rəhbərinin bu açıqlamasını şərh edən Rusiya mediası isə iddia edir ki, Bayden bu açıqlama ilə Konqresdən Ukrayna üçün əlavə maliyyə yardımı almağı hədəfləyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun