Dövlət Komitəsinin sədri: “Fəlakət zonalarındakı bütün məcburi köçkünlərə yardım göstərilib”
20 May 2010 13:56
Bu barədə jurnalistlərə Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, daşqınlardan əziyyət çəkən rayonlardan olan məcburi köçkünlər vaxtında köçürülüb və təhlükəsiz rayonlarda yerləşdiriliblər: "Saatlı və Sabirabad rayonlarından 300-ə yaxın məcburi köçkün başqa yerə köçürülüb, onların hamısı yaxınlıqdakı rayonlarda yaşayan qohumlarının və yaxınlarının yanlarına köçürülmələrini xahiş ediblər və biz onların köçürülmələri üçün lazımi şərait yaratdıq".
Dövlət Komitəsi sədrinin sözlərinə görə, daha çox Göygöl rayonundan olan məcburi köçkünlər əziyyət çəkiblər: "Biz onlar üçün Goranboy rayonunun Veysəlli kəndində yer ayırdıq, lakin onlar bizdən yerində kömək göstərilməsini xahiş etdilər. Dövlət Komitəsi FHN-nin əməkdaşları ilə birgə bunun üçün lazımi şərait yaratdı".