Dəhşət: Gələcək qayınanasını bıçaqladı, nişanlısını pəncərədən atdı, özünü öldürdü - FOTOlar

30 Dekabr 2023 22:03

Rusiyada 29 yaşlı kişi yaşadıqları mənzildə gələcək qayınanasını kürəyindən bıçaqlayıb, daha sonra nişanlısını yeddinci mərtəbədən atıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, faciə Samara şəhərində baş verib.

Məlumata görə, 30 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bundan sonra gənc özünə də qəsd edib. Onun meyiti evin yaxınlığında tapılıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun