Paşinyan İraqı bu cür təhqir etdi - Kazaryan

29 Dekabr 2023 21:59

Samvel Balasanyanın oğlu, iş adamı Misak Balasanyan 4 sentyabr 2023-cü ildə Ermənistanın İraqdakı səfiri vəzifəsinə təyin edilib. Bu gün - 29 dekabr 2023-cü ildə isə o, həmin vəzifədən geri çağırılıb. Balasanyan 2 noyabrda etimadnaməsini İraq Prezidenti Əbdüllətif Rəşidə təqdim edib. Yəni faktiki olaraq bu vəzifədə 57 gün çalışıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Edqar Kazaryan qeyd edib.

O bildirib ki, bu, diplomatiya tarixində nadir hadisədir:

"Səfirin fəaliyyətə başladıqdan 57 gün sonra geri çağırılması ümumilikdə diplomatiyaya, xüsusən də İraqa hörmətsizlikdən başqa bir şey deyil".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun