Firəngiz Əsgərova işdən çıxarıldı

29 Dekabr 2023 20:38

Naxçıvan şəhər Məmməd Məmmədov adına 1nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Firəngiz Əsgərova vəzifəsindən azad olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov əmr imzalayıb.

Direktor vəzifəsinin icrası müvəqqəti olaraq məktəbin fortepiano ixtisası üzrə müəllimi Nurlana Rəsulovaya həvalə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun