Karlo Ançelotti ilə müqavilə uzadıldı

30 Dekabr 2023 02:15

"Real" baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni yeniləyib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Kral klubu" italiyalı mütəxəssislə razılığı 2026-cı ilin iyun ayının 30-a kimi uzadılıb.

2013-2015-ci illərdə də Madrid təmsilçisini çalışdıran Ançelotti 2021-ci ildən indiyədək bu postdadır. Onun rəhbərliyi altında "Real" 2021/22 mövsümündə İspaniya çempionu olub, həmçinin iki dəfə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, "Real" 18 oyundan sonra 45 xalla La Liqaya rəhbərlik edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun