Çinin yeni müdafiə nazirinin adı məlum oldu

29 Dekabr 2023 16:41

Admiral Dun Çzyun Çin Xalq Respublikasının müdafiə naziri təyin edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Çin KİV-ləri məlumat yayıb.

Müvafiq qərarı Ümumçin Xalq Nümayəndələri Konqresi (MPK) verib. Bundan qabaq o, Çin Hərbi Dəniz Qüvvələrinin komandiri idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun