Azərbaycan rekordçusu vəfat etdi

29 Dekabr 2023 16:08

Azərbaycanın atletika üzrə əməkdar məşqçisi Nikolay Pavlov dünyasını dəyişib.

Bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Keçmiş idmançı 69 yaşında vəfat edib.

Qeyd edək ki, Nikolay Pavlov 3000 metr məsafəyə maneələrlə qaçışda gənclər arasında (U-23) Azərbaycan rekordçusudur. O, 1972-ci ildə bu 9 dəqiqə 23 saniyə göstəriciyə imza atıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun