Son aylarda pişik və itlərdə qulaqların formasını dəyişdirmək əməliyyatı Çində populyarlaşıb.
Milli.Az musavat.com-a istinadla xəbər verir ki, əməliyyat zamanı heyvanların qulaqlarının forması dəyişdirilir - onlar yuvarlaqlaşdırılır. Həmçinin, Çunsində bəzi klinikalar bir promosyon yaradıblar: eyni məbləğə bir neçə ev heyvanı üzərində estetik əməliyyat aparmaq təklifi ediblər və bu bu cür reklam müştəriləri cəlb edib.
Qulaqların formasının dəyişdirilməsi əməliyyatı iki mərhələdən ibarətdir. Öncə orqanın cərrahi yola götürülməsi prosesi həyata keçirilir. Bu müddət ərzində heyvan anesteziya altında olur. Prosedur təxminən 30 dəqiqə davam edir.
İkinci mərhələdə baytarlar qulaqlara şaquli forma verirlər. Bu 20-60 gün çəkə bilər. "South China Morning Post" xəbər verir ki, bu prosedur qanuni sayılır, lakin böyük şəhər heyvan xəstəxanaları bunu ev heyvanları üzərində az-az tətbiq edir.
Baytarlar və heyvan hüquqları müdafiəçiləri bu cür əməliyyatların it və pişiklərdə fiziki ağrıya səbəb olduğu üçün ləğv edilməsini tələb ediblər. Bundan əlavə, bildirilir ki, heyvanlar psixoloji stress keçirə bilər.
P.S. Ev itlərinin qulaqlarının küçük ikən kəsilməsi ənənəsi öz ölkəmizdə qədimlərdən mövcuddur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun