Norveçli qrossmeyster Maqnus Karlsen onlayn şahmat turnirlərində iştirak edərkən spirtli içki qəbul etdiyini etiraf edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, yalnız onlayn oyunlardan əvvəl bunu etdiyini bildirib:
"Bəli, bəzən spirtli içki qəbul etdikdən sonra onlayn turnirlərdə oynayıram. Amma bu o demək deyil ki, digər şahmatçılara da daha ciddi turnirlərdə bunu tövsiyə edirəm. Şəxsən özüm bunu etməzdim".
Xatırladaq ki, Səmərqənddə (Özbəkistan) keçirilən rapid üzrə dünya çempionu olan Karlsen müxtəlif onlayn turnirlər təşkil etməklə ad qazanıb. Özbəkistandakı çempionluq onun üçün karyerasında 5-ci olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun