NATO ilə əməkdaşlıq üzrə Komissiyanın tərkibi genişləndirildi

29 Dekabr 2023 12:44

"Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında" fərmanda dəyişikliklər edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.

Fərmana əsasən, "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi" abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilib:

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi.


Milli.Az