ŞOK İDDİA: Mbappe "Real"a keçməyəcək

29 Dekabr 2023 13:41

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa komandasını tərk etməyəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, jurnalist Xose Villarroya BlancaRemontada "Twitch" kanalındakı yayımı zamanı bu barədə məlumat verib.

Bildirlir ki, Fransa millisinin forvardı "Real"a keçməyəcək. O, yaxın zamanda Paris klubu ilə mövsümün sonunda bitəcək müqavilənin müddətini uzadacaq. Bu barədə hazırkı sözləşmədə bənd var. Futbolçu və PSJ həmin maddəni aktivləşdirəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun