"Arsenal" Premyer Liqanın antirekorduna imza atdı

29 Dekabr 2023 10:15

London "Arsenal"ı İngiltərə çempionatının on doqquzuncu turunun matçında məğlub olub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Mikel Artetanın komandası "Vest Hem"ə 0:2 uduzmaqla yanaşı, İngiltərə Premyer Liqasında antirekordla yadda qalıb. 

Məsələ burasındadır ki, "Arsenal" oyunçuları bütün oyun ərzində ən azı 77 dəfə rəqibin cərimə meydançasında topa toxunublar. Bu, liqada qol vura bilməyən komandalar üçün müfəssəl statistika deməkdir. Yəni indiyə qədər hansısa oyunda qol vura bilməyən komandalardan heç biri rəqibin cərimə meydanında topa 77 dəfə toxunmağı bacarmamışdı. 

Beləliklə, "Arsenal" liderliyi əldən veriblər. "Topçular" İngiltərə çempionatının növbəti turunda, dekabrın 31-də "Fulhem"lə qarşılaşacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun