“Fənərbağça” matçı öncəsi “Qalatasaray” üçün pis xəbər

29 Dekabr 2023 00:50

"Fənərbağça" ilə çətin Superkubok matçı öncəsi "Qalatasaray"a pis xəbər gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bel əzələsində ağrılar olan və son üç məşqə qatılmayan Hakim Ziyeş matçı buraxmalı olacaq.

Mövsümün əvvəlində "Çelsi"dən icarəyə götürülən 30 yaşlı mərakeşli sağ cinah oyunçusu "Qalatasaray"da indiyədək 14 oyuna çıxıb, dörd qol vurub, iki məhsuldar ötürmə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun