"Barselona"nın oyunçusu ilk klubuna mikroavtobus hədiyyə etdi

28 Dekabr 2023 21:07

"Barselona"nın müdafiəçisi Jül Kunde "Fraternel Landiras" (Fransa) klubuna hədiyyə təqdim edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi uşaq futbol komandasına mikroavtobus alıb. O, uşaqların oyunlara daha rahat getməsi üçün belə bir addım atıb.

Qeyd edək ki, Kunde 2022-ci ildən "Barselona"da oynayır. O, Fransa millisinin də üzvüdür. Kunde özü də "Fraternel Landiras"ın yetirməsidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun