SOCAR-da yüksək vəzifəyə TƏYİNAT

28 Dekabr 2023 19:58

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəhbəri dəyişib.

Milli.Az banker.az-a istinadən bildirir ki, idarəyə Rəşid Ağakişiyev Cəlal oğlu rəhbərlik edəcək. O, sözügedən vəzifədə Adil Vəliyev Məmməd oğlunu əvəz edib.

Rəşid Ağakişiyev 2022-ci ilin may ayından SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

Neft-qaz sənayesində zəngin təcrübəyə malikdir.

Belə ki, 2003-cü ildən etibarən o bu sahədə fəaliyyətdə olan şirkətlərin rəhbərliyində çalışıb. Bu şirkətlərə "Det.Al", "Prokon" MMC, "SOCAR Construction" kimi şirkətləri aid etmək olar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun