Məşhur boksçu İslamı qəbul etdi - Adını dəyişdi

28 Dekabr 2023 19:00

29 yaşlı amerikalı boksçu Qervonta Devis gözlənilməz addım atıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, adını dəyişərək Əbdül Vahid qoyub. Baltimorlu döyüşçü bu addımı İslamı qəbul etməsi nəticəsində atıb.

Beləliklə, Devis əfsanəvi amerikalı boksçu Məhəmməd Əlinin addımını təkrarlayıb. Bir zamanlar Kassius Kley də İslamı qəbul edib və adını dəyişib.

Qeyd edək ki, Əbdül Vahid peşəkar karyerası ərzində keçirdiyi 29 görüşün hamısında qələbə qazanıb. Uğurlarına baxmayaraq, o, hələ də yüngül çəkidə titul qazana bilməyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun