Ziya Kazımov və Ülvi Rəşidov məhkəmə zalında həbs edildi

28 Dekabr 2023 15:45

Xəbər verdiyimiz kimi, "Tərtər işi"nə görə ittiham olunan general Bəkir Orucov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən eyni iclasda digər ittiham olunan zabitlər-Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədova da hökm oxunub.

Hökmə əsasən Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan polkovnik-leytenant Ziya Kazımov və mayor məhkəmə zalında həbs ediliblər.

Qeyd edək ki, Ziya Kazımov həm İkinci Qarabağ müharibəsində, həm son antiterror tədbirlərində iştirak edib. O, hələ də xidmətini davam etdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun