Bərdədə yol qəzası olub, xəsarət alan var - FOTO

28 Dekabr 2023 15:27

Bərdədə yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Nəcəfqulubəyli kəndində qeydə alınıb. Bərdənin Qaratəpə kənd sakini, 2005-ci il təvəllüdlü Məmmədov Samir Fazil oğlunun idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun