"Niva" rekord qiymətə SATIŞA ÇIXARILDI

28 Dekabr 2023 14:37

Rusiya istehsalı olan yolsuzluq avtomobili "Niva" Böyük Britaniyada rekord qiymətə satışa çıxarılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "The Sun" nəşri yazıb.

Məlumata görə, "Lada Niva Luxe 2021" təxminən 22 min funt sterlinqə (47905 AZN) satılır.

Elanda avtomobilin cəmi 583 kilometr yol qət etdiyi bildirilir.

Məqalə müəllifləri qeyd ediblər ki, Rusiya istehsalı olan avtomobillərin ölkəyə idxalının dayandırıldığını nəzərə alsaq, Britaniyada bu model çox nadirdir.

Məlumata görə, ölkədə elektromobillərin aktiv şəkildə təbliğinə baxmayaraq, benzin və ya dizel mühərrikli avtomobillərə tələbat hələ də yüksək olaraq qalır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun