Rusiyada azərbaycanlı 17 il əvvəl törədilən qətllə bağlı saxlanıldı

28 Dekabr 2023 14:18

Rusiyanın Ryazan şəhərində azərbaycanlı bir şəxs 17 il əvvəl törədilən cinayətdə şübhəli bilinərək saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya polisində olan mənbəyə istinadən "47channel" yayıb.

Məlumata görə, 2006-cı il yanvarın 2-si Vıborqda yanacaqdolurma məntəqəsində "VAZ-21072" avtomobili aşkar edilib. Avtomobilin içərisində ürək nayihəsindən yara almış 31 yaşlı kişinin cəsədi tapılıb. 

Dekabrın 26-sı isə Ryazanda polis əməkdaşları qətli törətməkdə şübhəli bilinən azərbaycanlını saxlayıb. Onun 2021-ci ildə Rusiya vətəndaşlığı aldığı bildirilir. O, Sankt-Peterburqa göndərilib. Hazırda istintaq davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun