Messi yeni mövsümə arvadı ilə belə hazırlaşır - FOTO

30 Dekabr 2023 04:35

"İnter Mayami"nin hücumçusu Lionel Messi yeni mövsümə hazırlaşır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, argentinalı ulduz trenajor zalında fiziki hazırlığını artırmaqla məşğuldur. 

Həyat yoldaşı Antonella Rokuzzo Messi ilə birgə idman zalından görüntü paylaşıb.

Qeyd edək ki, MLS mövsümü fevralda başlayacaq. Messi 6 aydır ki "İnter"dədir. Onun Amerika klubu ilə 2025-ci ilə qədər müddətə müqaviləsi var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun