2023-cü ilin ən yaxşı gənc futbolçusu oldu

28 Dekabr 2023 09:27

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı gənc oyunçusunu açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu ada mövsümün əvvəlində Almaniyanın "Borussiya" (Dortmund) klubundan İspaniya "Real"ına keçən Cud Bellinqem layiq görülüb.

20 yaşlı yarımmüdafiəçi 276 xalla bütün rəqiblərini qabaqlayıb. Almaniyanın "Bavariya" klubundan Camal Musiala (120) ikinci, İspaniya "Barselona"sından Qavi (82) üçüncü olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun