"Yuventus" onunla müqaviləni uzatdı

28 Dekabr 2023 09:46

"Yuventus" futbolçusu Bremerlə yeni müqavilə imzalayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2028-ci ilin iyunun kimi uzadılıb.

Qeyd edək ki, Bremer bu mövsüm İtaliya A Seriyasında "Yuventus"un heyətində 17 oyuna çıxıb və 1 qol vurub. O, 2022-ci ilin yayından "Torino"dan Turin təmsilçisində çıxış edir. Braziliyalı futbolçu üçün 41 milyon avro təzminat ödənilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun