Anasının qətlində şübhəli bilinən kişi saxlanıldı

28 Dekabr 2023 07:39

Dekabrın 27-də saat 19 radələrində Quba rayonu Bağbanlar kəndində evlərin birində 1938-ci il təvəllüdlü İsmixanova Zöhrə Qazməmməd qızının küt alətlə aldığı xəsarətlərlə xəstəxanaya çatdırılması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Milli.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu 1974-ci il təvəllüdlü İsmixanov Zülfüqar Bahəddin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqşəsi zəminində baş ver verib.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun