Ukraynada ən çox güvən duyulan və istənməyən siyasətçilər bəlli oldu

27 Dekabr 2023 22:30

2023-cü ilin sonunda ukraynalılar ən çox prezident Volodimir Zelenskiyə, Nikolaev vilayətinin rəhbəri Vitali Kimə və xarici işlər naziri Dmitri Kulebaya etibar edirlər.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, İlka Kuçeriv adına Demokratik Təşəbbüslər Fondunun Razumkov Mərkəzi ilə birlikdə keçirdiyi sorğunun nəticələri bunu göstərir.

Verilən informasiyaya əsasən "respondentlər ən çox V. Zelenskiyə (71%), V. Kimə (65%), D.Kulebaya güvəndiklərini bildiriblər.

Eyni zamanda, respondentlərin əksəriyyəti xalq deputatı Yuliya Timoşenkoya (85%), Preident ofisinin keçmiş müşaviri Aleksey Aretoviçə (82%), xalq deputatları Yuri Boykoya (81%), Pyotr Poroşenkoya (74%) inanmadıqlarını ifadə ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun