Göygöldə minik avtomobili aşıb, xəsarət alan var

27 Dekabr 2023 21:05

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Çaykənd kəndinın yaxınlığında qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun