Türkiyədə zəlzələ oldu

27 Dekabr 2023 18:52

Türkiyədə 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların mərkəzi İlqaz şəhərində yerləşib. Zəlzələnin ocağı 7 km dərinlikdə olub.

İtki və dağıntılar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu gün Adıyaman şəhərindən 62 km şimal-qərbdə də zəlzələ olub. Yeraltı təkanların episentri 223 minə yaxın insanın yaşadığı Adıyamandan 5 km dərinlikdə olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun