Türkiyənin Albayrak Media Group-na məxsus SkyRoad jurnalının il sonu nəşri Azərbaycana həsr olunub.
Milli.Az-ın TurkicWorld-un məlumatına görə, jurnalda Azərbaycan "qədimlik və müasirliyin sintez ölkəsi" adlandırılıb və Azərbaycanın turistik əraziləri, mətbəxi, tarixi və mədəni abidələri, əlverişli coğrafi mövqeyi, təbiəti, flora və fauna aləminin zənginliyi haqqında geniş məlumat yayımlanıb.
Eyni zamanda, jurnalda Azərbaycanın ayrı-ayrı şəhər və bölgələri haqqında məlumat verilib. Mədəniyyət mərkəzi adlandırılan Şuşa, Bakı, Gəncə şəhərlərinin, Quba, Qusar, İsmayıllı, Qəbələ, Şəki və müalicə mərkəzi adlandırılan Naftalan ərazilərinin adları xüsusilə vurğulanıb.
Onu da qeyd edək ki, jurnalda tarixi yerlərdən İçərişəhər, Şəki Xan Sarayı, Lahıc rayonu, Göygöl Milli Qoruğu haqqında geniş məlumat verilib. Məqalədə Tufandağın möhtəşəm, əzəmətli və olduqca turistik bir ərazi olduğuna da diqqət çəkilib.
Jurnalda, Azərbaycanın hər bir ərazisi "sirli xəzinə"adlandırılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun