İsrail Qəzza zolağının cənubunda hərbi əməliyyatları genişləndirir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu açıqlama verib.
O bildirib ki, həmçinin, digər yerlərdə də hərbi əməliyyatlar genişləndirərək müharibə davam etdirilir:
"Biz HƏMAS terrorçularına səslənirik: Sizi görürük və sizə çatacağıq".
Xatırladaq ki, oktyabrın 7-dən indiyə kimi Qəzzada ölənlərin sayı 20 min 674 nəfərə çatıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun