"Rusiya nüvə silahlarının Belarusa çatdırılması başa çatıb” - Lukaşenko

27 Dekabr 2023 00:12

Rusiya nüvə silahlarının Belarusa çatdırılması başa çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti zamanı deyib.

O bildirib ki, bu proses uzun müddət əvvəl yekunlaşıb: "Hər şey öz yerində, yaxşı vəziyyətdədir".

A.Lukaşenko, həmçinin söyləyib ki, Ukraynada davam edən proseslərdə irəliləyiş əldə etmək mümkündür: "İndi şans yaranıb. Əgər bundan istifadə olunmasa, daha çətin olacaq".

Amma Belarus lideri hansı şanslardan söhbət getdiyini açıqlamayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun