Zalujnıdən etiraf: Bu şəhəri itirdik

26 Dekabr 2023 22:38

Ukrayna qoşunları Marinka şəhərindən geri çəkilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.

"Qoşunlarımız şəhərdən geri çəkilib. Marinkanın ətrafında, digər yerlərdə səngər qazıblar. Marinka daha yoxdur", - deyə Zalujnı bildirib.

Qeyd edək ki, ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqu Marinkanın tamamən işğal edilməsi barədə Prezident Vladimir Putinə məlumat vermişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun