İlham Əliyev Sankt-Peterburqa işgüzar səfərə gedib - VİDEO - FOTO

26 Dekabr 2023 13:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sankt-Peterburq şəhərinin "Pulkovo-1" hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az