Gələn il üçün ehtiyac meyarı bu qədər olacaq

26 Dekabr 2023 12:16

Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarı müəyyənləşib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanununda əksini tapıb.

Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

Milli.Az