Rusiya MN Ukrayna gəmisinə hücumu təsdiqlədi

26 Dekabr 2023 11:18

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krımın Feodosiya limanında "Novoçerkassk" desant gəmisinə hücumunu təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya hücum nəticəsində hərbi gəminin zədələndiyini açıqlayıb.

Rusiya Silahlı Qüvvələrinin desant gəmisinə idarəolunan raket buraxan Ukraynanın iki Su-24 təyyarəsini vurduğu qeyd olunub.

Krımın rəhbəri Sergey Aksenov isə bildirib ki, hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun