Qəzzada ölənlərin sayı 20 min 674-ə çatıb

26 Dekabr 2023 07:52

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 20 min 674 nəfərə çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi öz teleqram kanalında məlumat yayıb.

Məlumata görə, daha 54 min 536 nəfər xəsarət alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun