Putin elan etdi: Sədrlik Ermənistana keçir

26 Dekabr 2023 00:23

Yanvarın 1-dən Rusiya Avrasiya İqtisadi İttifaqına sədrliyi Ermənistana təhvil verəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident Vladimir Putin Aİİ-nin Sankt-Peterburqda keçirilən sammitində deyib.

"Mən erməni tərəfdaşlarımıza və dostlarımıza uğurlar arzulamaq istəyirəm", - deyə o vurğulayıb.

Putin "erməni tərəfdaşlara" kömək etməyə hazır olduqlarını qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun