Belqradda iğtişaşlar davam edir: nazirliyə giriş bağlandı

26 Dekabr 2023 00:26

Serbiyanın paytaxtı Belqradda iğtişaşlar davam edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, etirazçılar Dövlət Administrasiyası və Yerli Özünüidarəetmə Nazirliyinin binasının girişini bağlayıb

Polis idarəsinin rəisi İvitsa İvkoviç hökumət binalarının və körpülərin bağlanmasına göz yummayacağını deyib.

Qeyd edək ki, "Serbiya zorakılığa qarşı" müxalifət bloku ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun