Ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı yeni rüsumlar müəyyənləşdi

25 Dekabr 2023 19:55

Prezident İlham Əliyev "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla əlaqədar olaraq "Dövlət rüsumu haqqında" qanuna 22.0.34-2-ci maddə əlavə edilib.

Qanuna əsasən, Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən ödəniş təşkilatı 2 000 manat dövlət rüsumu ödəyəcək.

Bundan başqa, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən elektron pul təşkilatından 3 000 manat, operatordan isə 2 500 manat rüsum alınacaq.

Milli.Az