Jurnalist xörəyi yandırdığı üçün arvadını öldürdü
20 May 2010 13:21
"The Australian" yazır ki, jurnalistin qatilə çevrilməsinə səbəb xanımının şam yeməyini yandırması olub. Ərinin ad gününə yemək hazırlayan xanımın diqqətsizliyi yeməyin yanması ilə nəticələnib. Bu üzdən cütlük arasında mübahisə başlayıb. Ərinin tənqidlərindən cana gələn qadın boşqabı kişiyə atıb. Cavab çox sərt olub: aldığı zərbədən qadının boynu sınıb və o, yerindəcə keçinib.
Milli.Az