İsrail HƏMAS liderlərini öldürməyəcək, onları Qəzzadakı girovlarla dəyişmək niyyətindədir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Kan 11" telekanalı məlumat yayıb.
İsrail rəsmiləri HƏMAS lideri Yəhya Sinvara və hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deyfə toxunulmazlıq verilməsi, sonra isə oğurlanan girovlar müqabilində onları Qətərə və ya başqa ölkəyə göndərmək imkanlarını araşdırır.
Telekanal bildirib ki, bu plan İsrailin hərbi və siyasi rəhbərliyi tərəfindən müzakirə edilir, lakin hələlik qəti təkliflər yoxdur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun