İran XİN-dən Azərbaycan Səfirliyi ilə bağlı Açıqlama

25 Dekabr 2023 13:10

"Azərbaycanın Tehrandakı Səfirliyinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı tərəflər yol xəritəsi müəyyən edib".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Naser Kənani brifinqdə deyib. 

"Tezliklə Azərbaycanın Tehrandakı Səfirliyinin fəaliyyətinin bərpa edilməsinin şahidi olacağıq", - deyə Kənani qeyd edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı Səfirliyinin fəaliyyəti dayandırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun