Rusiya Ermənistanda ikinci baş konsulluq açacaq

25 Dekabr 2023 12:38

Rusiya Ermənistanda ikinci baş konsulluq açmağı planlaşdırır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov "Komsomolskaya pravda" nəşrinə müsahibəsində deyib.

Diplomat qeyd edib ki, Qafan şəhərində yeni baş konsulluğun açılması nəzərdə tutulur.

Bundan əlavə, Burkina-Faso və Ekvatorial Qvineyada səfirliklərin, Qazaxıstanın Aktau, Özbəkistanın Səmərqənd şəhərlərində, İndoneziyada baş konsulluqların açılması ilə bağlı artıq qərarlar qəbul edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun