Belqradda iğtişaşlar başladı - VİDEO

24 Dekabr 2023 23:22

Serbiya paytaxtı Belqradın mərkəzində "Serbiya zorakılığa qarşı" müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına basqın etməyə çalışırlar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, etirazçılar meriya binasına girməyə cəhd edirlər.

Nümayişçilər qapını sökmək üçün bayraq dirəklərindən istifadə edib, həmçinin pəncərəni sındırıb, bura müxtəlif predmetlər atıblar. Eyni zamanda müşahidə kameralarını da məhv ediblər.

Bundan əlavə, iğtişaşçılar məşəllərdən istifadə edirlər.

Qeyd edək ki, aksiya Tiktok sosial şəbəkəsi vasitəsilə canlı yayımlanırdı.

Serbiya Prezidenti Aleksandr Vuçiç seçkilərdə uduzan müxalifətin bu aksiya ilə hakimiyyəti dəyişə bilməyəcəyini açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun