Yuxarı Larsda daha bir məntəqə bağlandı

24 Dekabr 2023 22:05

Güclü qar yağması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən avtomobil yolunun ikinci hissəsi də bağlanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Departamentin məlumatına görə, bu andan etibarən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Mleta-Qudauri məntəqəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Qeyd edək ki, bundan öncə Qudauri-Kobi məntəqəsi bağlanmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun