Defne Samyel sevgilisini əlindən alıb evlənən Alinaya nələr dedi?

24 Dekabr 2023 22:30

Menecer Umut Evirgenin Tuba Büyüküstün ilə münasibətinin kəsilməsinə səbəb kimi göstərilən Defne Samyeli ötən gün "GQ" Türkiyənin mükafatlandırma mərasimində olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, dekabrın 2-də Alina Bozla evlənən Evirgenlə bağlı suallardan qaça bilməyən Samyelinin açıqlaması diqqət çəkib.

Jurnalistlərin "Umut Evirgen və Alina Boz evləndi. İncidiniz? Təbrik etdinizmi?" sualına belə cavab verib:

"Mən də Alina xanımı tanıyıram, onu çox bəyənirəm. Bir ömür boyu xoşbəxtlik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun