Qərb uğursuz oldu, Ukrayna yox - Hoces

24 Dekabr 2023 17:51

Ukraynanın əks-hücumunun uğursuzluğunda Qərb günahkardır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hoces deyib.

"Ukraynanın əks-hücumunun hamımızın ümid etdiyimiz nəticələri verməməsi məni məyus etdi. Düzünü desəm, proqnozlaşdırdığım nəticələrə üzüldüm. Qərb uğursuz oldu, Ukrayna yox", - Hoces bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrini aviasiya, eləcə də yüksək dəqiqlikli uzaqmənzilli silahlarla təmin edə bilmədi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun